Gömrükdə "Naz Lifan"a baxış keçirildi - İçərisindən...

25 Avqust 2017 14:03 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı, vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.