Daha bir qrup zəvvar yola düşdü

25 Avqust 2017 15:40 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzNews.az-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir.

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.