“İmam Zaman” məscidi hücuma məruz qaldı – 2 polis öldü + Video

25 Avqust 2017 16:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxslər əvvəlcə təhlükəsizlik qüvvələrinə hücum ediblər. Onlardan biri üzərindəki partlayıcını işə salıb. Nəticədə 2 polis əməkdaşı ölüb. Daha sonra digər silahlı tərəfindən açılan atəş nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisi polis əməkdaşıdır.

Hücum edən şəxslərin neçə nəfər olduğu dəqiq deyil. Hazırda məscid ətrafında əməliyyatlar gedir.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin, hücumun “Taliban” terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Bəxtiyar Abbasov

AzNews.az