“The Washington Post“ Əkrəm Əylislidən yazdı

18 Fevral 2013 09:57 (UTC+04:00)



Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "The Washington Post" qəzetində Əylisli ilə bağlı məqaləyə cavab olaraq həmin qəzetdə dərc olunmuş Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbovun məktubunda deyilir.
Talıbov məktubda qeyd edir ki, Əylislinin romanı Azərbaycanda qızğın müzakitələrə səbəb oldu və bu, bir daha göstərir ki, Dağlıq-Qarabağ münaqişəsi azərbaycanlılar üçün ən ağrılı məsələdir.
"Mən hesab edirəm ki, hüquq müdafiəçiləri etnik təmizləməyə məruz qalan azərbaycanlıların hisslərini başa düşməlidir", - məktubda qeyd olunur.
Məqalədə qeyd olunur ki, Milli Məclisin deputatları və hüquq-mühafizə orqanlarının rəsmiləri açıq şəkildə bəyan etdilər ki, Əylisliyə qarşı heç bir zorakılıq çağırışı olmayıb. Azərbaycanı və yaxud onun parlamentini hər hansı bir şəxsə hücum etməkdə ittiham etmək ABŞ-ı onun bəyanatlarına və ayrı-ayrı siyasətçilərinin sözlərinə görə ittiham etməyə bənzəyir.


AzNews.az