“Prezidentin məni mükafatlandırması məsuliyyətimi daha da artırdı” - Deputat

25 Avqust 2017 19:15 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında prezidentə təşəkkür edib.

“Cənab prezident ictimai-siyasi həyatdakı fəaliyyətimi təltif edib. Düşünürəm ki, bu, kiçik əməyimə verilən yüksək qiymətdir. Millətə, müstəqil dövlətçiliyə, vətənə xidmətə görə verilən bir dəyərdir. Bir Azərbaycan vətəndaşı olaraq amalıma, məsləyimə uyğun olaraq ağlım kəsəndən millətimin azadlığı, vətənimin müstəqilliyi uğrunda tələbəlik illərindən mübarizəyə başlamışam.

Sonrakı illərdə də bu yol uğrunda mübarizə aparmışam. Ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıtması, dövlətçiliyimizin qurulması möhkəmləndirilməsi uğrunda onun fədakarlığının reallaşmasında bir əsgər, vətəndaş kimi mövqeyimi ortaya qoymuşam.

Bu kiçik fəaliyyətimə görə cənab prezidentin məni yüksək mükafatla təltif etməsi məni həm sevindirdi, həm də məsuliyyətimi daha da artırdı. Bir daha təşəkkür edirəm”