"Xahiş edirəm mənə kömək etsinlər" - İsmayıllıda ev yanıb külə döndü - Video

25 Avqust 2017 19:45 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunda yaşayan 3 uşaq atası, 1984-cü il təvəllüdlü Babayev Vüsal Məmmədəmin oğluna məxsus ümumi sahəsi 126 kvadratmetr olan ikimərtəbəli evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və 12 nəfərdən ibarət heyət üzvü cəlb olunub. Yanğın zamanı evin bütün hissəsi evə yığılan əşyalarla birlikdə yanıb. Evin ətrafındakı tikililər yanğından mühafizə olunub. Ev yeni tikili olduğu üçün yaşayış olmadığından hadisə zamanı xəsarət alan olmayıb. Hazırda ata evində yaşayan ev sahibinin dediyinə görə yoldaşı uzaqdan yeni tikilən evlərində yanıb sönən qığılcımların şahidi olub və bir neçə dəqiqədən sonra ev alışaraq yanmağa başlayıb.

Vüsal Babayev - Ev sahibi: "Yoldaşım olub. İşıqlar azaldı, çoxaldı. Zəng eliyincə yanğınsöndürənə ev yanmışdı. Xahiş edirəm qurumlardan ki, mənə köməklik etsinlər".

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.