Səfir Elxan Poluxov etimadnamələrini prezidentə təqdim edib

25 Avqust 2017 20:56 (UTC+04:00)

AzNews.az Azərbaycanın Braziliyadakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfir Poluxova işində uğurlar arzulayıb.

Öz növbəsində E. Poluxov prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Sonra səfir Surinam prezidentinə Azərbaycan haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.