Bərdədə avtomobil kanala düşüb - İki uşaq boğulub + Yenilənib

26 Avqust 2017 15:10 (UTC+04:00)

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Bəcirəvan kəndi ərazisində “VAZ 21011” markalı maşının kanala düşməsi nəticəsində boğulan qardaşlardan 11 yaşlı Asif Əsədovun meyiti hadisənin baş verdiyi yerdən 25 km aralıda - Ağcabədi rayonun "4 Yol" adlanan ərazisində sudan çıxarılıb.

Meyit ailəyə təhvil verilib.

Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri digər qardaşın - 13 yaşlı Mirələm Əsədovun meyitini tapılması istiqamətində əməliyyat axtarış tədbirlərin i davam etdirirlər.

***

10:40

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.

A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.

10 və 11 yaşında oğlanların axtarışı aparılır.

Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna - bablarıgilə qonaq gəldiyi bildirilir.

AzNews.az