Azərbaycandan Türkiyəyə qaz nəqli 11% artıb

26 Avqust 2017 11:50 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 15,93% təşkil edib.

Bu ilin iyun ayında Türkiyəyə ixrac olunan Azərbaycan qazının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,77% artıb.

İyunda Türkiyə ümumilikdə 3 609,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin iyunundan 13,76% çoxdur. Qaz idxalının 3 227,17 mln. kubmetrini (89,40%) boru kəmərləri ilə nəql olunan qaz, 382,72 mln. kubmetrini (10,60%) mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Türkiyə hesabat ayında LNG idxalını 11,16% azaldıb, boru qazının idxalını isə 17,68% artırıb.

İyun ayında Türkiyənin qaz idxalının 1 900,94 mln. kubmetri Rusiyadan, 86,74 mln. kubmetri Nigeriyadan, 133,41 mln. kubmetri Qətərdən, 751,18 mln. kubmetri İrandan, 162,56 mln. kubmetri Əlcəzairdən həyata keçirilib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub.

AzNews.az