Avtomobillər toqquşdu - 5 nəfər xəsarət aldı

26 Avqust 2017 19:32 (UTC+04:00)

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Gürməzli kəndində baş verib. Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı xəsarət almış Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Əliyeva Sədaqət İbrahim qızının vəziyyəti ağır olduğu bildirilir.

AzNews.az