Türkiyə Suriya sərhədinə ağır hərbi texnika cəmləşdirib

26 Avqust 2017 23:20 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hökumətin sərhədi möhkəmləndirməsinə səbəb əks tərəfindəki ərazilərin PYD/YPG kürd terror qruplaşmalarının nəzarətində olmasıdır.

Qeyd olunan texnikalar iri tonnajlı yük maşınları ilə Suriya ilə həmsərhəd Kilis əyalətində yerləşdirilib.

Bundan əvvəl avqustun 5-də hərbi texnikalar yük maşınları vasitəsilə qeyd olunan sərhəd bölgəsində yerləşdirilib.