Gürcüstanda helikopter qəzaya düşdü - Video

27 Avqust 2017 14:14 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Sərhəd Polisinin “Mi-8” vertolyotunun suya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.

Vertolyot süni göldən su götürərkən qəzaya uğrayıb.

Pilotların peşəkarlığı və operativliyi sayəsində böyük faciənin qarşısı alınıb. Vertolyotun 4 heyət üzvü Tbilisidə xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altında deyil. DİN-in məlumatında qeyd olunub ki, “Mi-8” vertolyotu avqustun 25-də yoxlamadan keçirilib və onun mühərriki tam qaydasında olub.

DİN faktla bağlı istintaqa başlayıb.