Ququş Azərbaycana gələ bilməməsinin səbəbini açıqladı

27 Avqust 2017 16:07 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu: # finally – "nəhayət" və historyinthemaking - "tarix yaradılır". Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.

Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi, Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

"Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, - deyə Ququş bildirib.