Kamran debüt oyununa çıxdı, uğursuz oldu (Video)

27 Avqust 2017 21:28 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 5-ci turun oyununda onun komandası “Mlada Boleslav” Praqada son çempion “Slaviya”nın qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü qolda Kamran kobud səhv edib. Rəsmi protokolda bu, avtoqol olaraq Kamranın adına yazılıb.

Qeyd edək ki, K.Ağayev start heyətdə yer alıb və axıradək meydanda olub.