AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şaşmazı aktrisa Filiz Aker odlu silahla öldürüb. Daha sonra aktrisa özü də intihar edib.
Hadisə hoteldə baş verib. Filiz Akerin qardaşı qızı Dora Altınbaşak bibisinin Şaşmaza aşiq olduğunu deyib. Lakin, onun sözlərinə görə, bu eşq təktərəfli olub.
“Greencard” sahibi olan aktrisa uzun müddət imiş ki, Amerika Birləşmiş Ştatlarında yaşayırmış və Türkiyəyə yenicə gəlib.
İddialara görə, Aker son dövrlərdə psixoloji gərginlik yaşayıb və intihara cəhd edib.
Aktyor “Cocuqlar Duymasın” və digər filmlərdə rol ifa edib.
Bəxtiyar Abbasov
AzNews.az