Cüdoçumuz dünya çempionatında yarımfinala vəsiqə qazandı - Yenilənib

28 Avqust 2017 15:11 (UTC+04:00)

"Report"un məlumatına görə, 26 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Eldos Smetova qalib gəlib. Sona 30 saniyə qalmış hakim Smetova qeyri-fəal mübarizə apardığı üçün 3-cü xəbərdarlıq edərək Səfərovu qalib elan edib.

Azərbaycan təmsilçisi yarımfinalda özbəkistanlı Diyorbek Urozboyevlə qarşılaşacaq.

Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

***

14:46

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Report"un məlumatına görə, 26 yaşlı idmançı 1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu da ipponla məğlub edib. Görüş 30 saniyə çəkib. Azərbaycan idmançısı 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Eldos Smetovla üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

AzNews.az