Sürücü “Qazel”i polisin üstünə sürdü - Video

29 Avqust 2017 10:09 (UTC+04:00)

BAKU.WS-in məlumatına görə, "Qazel" Bərdə postunda polislərin əmrinə tabe olmayıb. Polis saxla əmri versə də yük maşını postda saxlamaqdan imtina edib və sürətlə postdan uzaqlaşıb.

"Qazel"i təqib edən DYP maşını isə az qala qəzaya düşəcəkdi. Görüntülərdən aydın olduğu kimi "Qazel" sürücüsü postdakı bir polisin üzərinə sürüb, daha sonra isə DYP maşınını çaşdırmağa çalışıb.

Video qısa zamanda minlərlə insan tərəfindən izlənilib.

AzNews.az