Ərdoğan Bakıya gələcək - Səfər proqramı məlum oldu

29 Avqust 2017 11:25 (UTC+04:00)

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı R.T.Ərdoğan iştirak edəcək. İclasda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası 2016-cı ilin martın 15-də Ankarada keçirilib.

AzNews.az