Müsəlmanlara qarşı zorakılıq şiddətləndi: 100-dən çoxu öldürülüb - Kütləvi şəkildə köçürlər + Video

29 Avqust 2017 14:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sözügedən bölgədə onlara qarşı dini zəmində zorakılıq hallarının artması olub.

Rohincalarla onlara qarşı çıxan buddistlər arasında baş qaldıran sonuncu qarşıdurmalarda 100-dən çox müsəlman öldürülüb. Onlarla müsəlmanın evləri yandırılıb.

Vəziyyətlə əlaqədar müsəlmanlar qonşu Banqladeşə mühacirət etmək məcburiyyətində qalıblar. Son bir neçə gündə artıq 9 minə yaxın rohinca müsəlmanı Banqladeşə sığınıb.

Bəxtiyar Abbasov

AzNews.az