AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nikki Heyli İran hökumətindən bu ölkənin hərbi düşərgələrində təftiş aparmaq üçün icazə verməsini tələb edib.
Dövlət müşaviri Məhəmməd Baqir Nobəxt tələblə əlaqədar çıxışında bildirib ki, Nikki Heylinin bu tələbləri əsla İran hökuməti tərəfindən təmin olunmaz.
“İran heç bir təftiş tələbini qəbul etməyəcək. Xüsusilə, məlumatın gizli olduğu hərbi düşərgələrdə bu cür təftişlərə icazə verilməsi qeyri-mümkündür. ABŞ qətiyyən bu bölgələrə girə bilməz. Onlar, sadəcə, bu barədə xəyal qururlar. Biz milli maraqlarımızı qoruya biləcək istənilən bölgəni müdafiə etməkdə qətiyyətliyiq. Onların fikirləri diqqətə layiq deyil” – deyə Nobəxt qeyd edib.
Bəxtiyar Abbasov
AzNews.az