Melani səhvini düzəltdi, geyimini dəyişdi- Foto

30 Avqust 2017 22:15 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, Melani fəlakət zonasına 12 sm-lik hündürdaban ayaqqabıda gəlib. O, bu geyimdə bir xeyli əziyyət çəkməli olub. Həmçinin, medianın tənqidinə səbəb olub.

Daily Mail nəşrinin müəllifləri Birinci ledinin bu geyimini belə şərh edib:

"Melani Tramp Ağ evdə təşkil edilən dəbdəbəli qəbullara necə geyinmək lazım olduğunu bilir. Bəs ölkədə baş verən fəlakət zonasına? Bunu bilmir."

Bu gün isə Birinci ledi səhvini düzəldərək, ağ köynək və ağ idman ayaqqabısı geyinib.

Qeyd edək ki, Donald və Melani Tramp qasırğanın baş verdiyi Hyuston şəhərinə səfərini təxirə salıb. Prezident bunu xilasedicilərə mane olmamaq üçün edib.

Təbii kataklizmdən 15 şəxs həyatını itirib. Yüzlərlə ev su altında qalıb.