Ata maşını gölə aşırdı, 10 yaşlı oğlu boğuldu

18 Fevral 2013 12:29 (UTC+04:00)


Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Sərxanlı kəndində rayon sakini Şamil İbayev idarə etdiyi "VAZ 21011" markalı avtomobili gölə aşırıb. Qəza nəticəsində sürücü ağır xəsarət alsa da, suya batmış maşından çıxa bilib. Lakin sürücünün 10 yaşlı oğlu Ravil isə suda boğularaq ölüb.

Faktla əlaqədar araşdırmalar aparılır.

AzNews.az