AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, anti-müsəlman hərəkatının rəhbəri rahib Uiratu bildirib ki, zorakılıqların şiddətləndiyi Maundo şəhərinə hərbi müdaxilə olmazsa, burada təhlükəsizlik tamamilə nəzarətdən çıxaxacaq.
“Çox güman ki, Maundo şəhəri benqal terrorçularına təslim ediləcək. Mülki insanlar artıq orada yaşamağa cəsarət etmirlər. Hökumət isə hələ də Təhlükəsizlik Şurasının iclasını çağırmayıb”
Qeyd edək ki, son bir həftə ərzində Rakxayn (Arakan) ştatında 100-dən çox müsəlman öldürülüb. Rohinca müsəlmanları kütləvi şəkildə Banqladeşə axın etməyə başlayıblar. 18 mindən çox müsəlman evlərini tərk edib. Onların mülkləri əllərindən alınıb, əksər hallarda, evləri yandırılıb.
Zorakılıqların şiddətlənməsinə səbəb isə, buddist təqiblərinə qarşı birləşən Arakan Rohinca Qurtuluş Ordusunun bir neçə polis məntəqəsinə hücum etməsi olub.
Buddistlər sözügedən qrupun terrorçu olduqlarını iddia edirlər.
Bəxtiyar Abbasov
AzNews.az