Pomidor Müharibəsi başladı – Video

31 Avqust 2017 12:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bunyol şəhərində döyüşlərdə iştirak etmək üçün yüzlərlə insan toplanıb.

İştirakçılar bir-birilərinə pomidor atıblar. İştirakçıları “silah”la təmin edən yük avtomobili küçəyə 160 ton pomidor səpələyib. İştirakçılar gözlərini şiddətli zərbədən qorumaq üçün xüsusi eynəklərdən istifadə ediblər.

“Pomidor Döyüşləri” ənənəsi 1945-ci ildə yaranıb. Həmin ildə uşaqlar arasında baş vermiş pomidor döyüşü daha sonra ənənəyə çevrilib.

Bəxtiyar Abbasov

AzNews.az