Rusiyanın milyarder azərbaycanlıları - Reytinq

18 Fevral 2013 12:42 (UTC+04:00)


"CEO" jurnalı Rusiyanın milyarderlərinin reytinq sıralamasını hazırlayıb. "Qafqazinfo"nun məlumatına görə, ilk onluğa daxil olan biznesmenlərin ümumi büdcəsi 147 milyard dollardır. Bu, ötən illə müqayisədə 12 faiz yüksək göstəricidir. Jurnal Rusiyanın ən varlı adamı kimi Alişer Usmanovu təqdim edib. "Metalloinvesta"nın sahibi Usmanovun kapitalı 18,72 milyard dollardır.

Reytinq cədvəlində onuncu yerdə azərbaycanlı iş adamı Vahid Ələkbərov qərarlaşıb. "Lukoyl" prezidentinin 31.12.2012 tarixinə olan kapitalı 12,03 milyard dollar məbləğində dəyərləndirilir.

Digər azərbaycanlı iş adamı Araz Ağalarov isə siyahıda 56-cı yerdə qərarlaşıb. "Crocus Group"un sahibi və Azərbaycan prezidentinin qudası kimi təqdim edilən iş adamının kapitalı 2,01 milyar dollar göstərilir.

Reytinq cədvəlində adı hallanan digər azərbaycanlı iş adamı isə Fərhad Əhmədovdur. Siyasətçi, mesenat və "Nortqaz"ın keçmiş ortağı kimi təqdim olunan iş adamı 1, 38 milyard dollarla 85-ci pillədədir.

Qeyd edək ki, reytinq cədvəlində 131 milyarderin adı çəkilib.

AzNews.az