Qol saatının içərisində narkotik vasitə keçirməyə cəhd etdi, yaxalandı

31 Avqust 2017 19:12 (UTC+04:00)

AzNews.az Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilib. Nəticədə, onun qolundakı saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.