Şəfiqə Axundovanın bacısı təkzib edir: “Yalandır”

18 Fevral 2013 13:07 (UTC+04:00)
Məlum olduğu kimi Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın səhhətində problem yaranıb. Bu səbəbdən də o Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Bəstəkarın bacısı Rəfiqə xanım AzNews.az-a açıqlamasında bu xəbərlərin yalan olduğunu bildirdi: " Heç bir narahatçılığa əsas yoxdur. Şəfiqə xanım evdədir, xəstəxanaya-zada getməyib".

Bahar Rüstəmli
AzNews.az