Rusiyada axtarıldı, Balakəndə tutuldu

18 Fevral 2013 13:08 (UTC+04:00)


Daxili İşlər Nazirliynin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının Xantı-Mansiysk Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Şamil Binalov tutulub.
Binalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə ittiham olunur.

AzNews.az