Neft ucuzlaşıb

1 Sentyabr 2017 11:09 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,66% azalaraq 46,92 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,30% azalaraq 52,70 dollar olub.

AzNews.az