AzNews.az xəbər verir ki, bunu Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan “Tikim sizing ağzınızı” şerini şərh edərkən deyib.
Bəstəkar qeyd edib ki, onun bütün yaradıcılığı həmişə böyük rezonasa səbəb olub:
“Başqa vaxt yazdıqlarımı şouya yozurdular. Bu dəfə isə belə olmadı. Elza şou deyil. Kimdə nə yoxdursa ondan danışır. Mənim bütün yaradıcılığım böyük rezonasa səbəb olub. Abrımı, tərbiyyəmi əldən vermirəm, insanların tərbiyyəsini pozmuram. Yaradıcılıq nə üçündür? Yaz ki, onu yozsunlar. Vay o günə ki, yazdığın yozulmasın. İndi də “Tikim” şerini hərə istədiyi kimi yozur”.
Elza Seyidcahan “Tikim” şerinin necə yarandığına da aydınlıq gətirib:
“Mənə sual verdilər ki, sənin şeirlərin, yaradıcılığın haqqında müxtəlif şərhlər verilir. Sizcə həmin insanların ağzını necə yummaq olar? Cavab verdim ki, ancaq sənətlə pis insanların ağzını yuma bilərəm. Yəni, onların ağzını sənətimlə tikərəm. Bundan sonra “tikim sizin ağzınızı qırxayaq kimi” deyib yazdığım şeirin bir bəndini paylaşdım. Yaradıcı insan belə olmalıdır. Yekə, bığıburma, uzun illərdir ki, ədəbiyyatda yol gələn kişilər Elzanın adı altında reklam olunur. Bəlkə də mən savab iş tuturam, onlar mənim sayəmdə reklam olunur və səkillərini Elzanın adı altında saytlarda verə bilirlər. Utanmadan Elza haqqında namə yazırlar. Mən bəstəkaram. Şairləri xalq və bəstəkar yaşadır. Mənim hardasa oturmağa ixtiyarım yoxdur? Oturun yerinizdə cızmaqaranızı edin, Elza ilə işiniz olmasın. Hədlərinizı bilin. Məni onlar dünəndən maraqlandırmır”.
Bahar RÜSTƏMLİ
AzNews.az