Bərdə sakininin həyətində kulli miqdarda çətənə kolu aşkar edilib

1 Sentyabr 2017 20:28 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini Məmmədov Teyyub İsa oğlunun yaşayış evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilmiş uzunluğu 170-190 santimetr olan 17 ədəd çətənə kolu və çəkisi 3.775 kiloqram olan qurudulmuş çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az