“İyrənc yalanı şərh etmək istəmirik” - Müdafiə Nazirliyi

2 Sentyabr 2017 10:43 (UTC+04:00)

Bunu AzNews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".