“Diriliş Ərtoğrul”un məşhur aktyoru sevgilisinə təzminat ödəyəcək

2 Sentyabr 2017 12:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bir müddət əvvəl gecə əyləncə mərkəzində əylənməyə gedən cütlük orada mübahisə ediblər. Karikutal oğlan dostu ilə səmimi qucaqlaşıb. Bu isə aktyorun qısqanclığına səbəb olub. Nəticədə Pekcan ona güc tətbiq edərək taxsiyə mindirib və evlərinin qarşısında düşürdükdən sonra onu döyərək saçlarından sürüməyə başlayıb. Daha sonra aktrisa polisə zəng edərək şikayət edib.

Canda Karikutalın sözlərinə görə, "Mən əvvəllər menecerliyini etdiyim Musa ilə görüşdüm. Ayberk buna görə əsəbiləşdi. Mən dedim ki, "Sən başqa qadını qucaqladığına görə mən də səninlə ödəşdim. Bundan sonra o daha da qəzzəbləndi. Evə getmək istədim, məni döydü". Ayberk Pekcan isə "Biz taxsi ilə mənim evimə gedirdik. Mübahisə etməyə başladıq, o, məni təhqir etdi. Buna baxmayaraq, mən onu döyməmişəm.

Məsələ ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən Ayberq Pekcan sevgilisinə 4416 manat maddi, 2453 manat isə mənəvi təzminat ödəməlidir.

Aktyor “Diriliş Ərtoğrul” serialında Artuq obrazını canlandırır.