Nazirlik qəza ilə bağlı məlumat yaydı

18 Fevral 2013 13:38 (UTC+04:00)


Fevralın 17-də saat 07.15 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində, Göygöl rayon sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan-Teana", Bərdə rayon sakini Asif Nuruşovun idarə etdiyi "VAZ-21099", Daşkəsən rayon sakini Ramin İbrahimovun idarə etdiyi "Shacman" və Ucar rayon sakini Elman Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə E. Məmmədov və sərnişinləri atası Həsənxan, anası Aygün və həmyerliləri Xəyal Verdiyev hadisə yerində ölüb.