Sədərək Ticarət Mərkəzində kütləvi dava olub

3 Sentyabr 2017 16:34 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1985-ci il təvəllüdlü Hüseynquliyev Elçin Akif oğlu ticarət mərkəzində 4 nəfər tərəfindən döyüldüyünü bildirib. O, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

E.Hüseynquliyevin xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.