Qızıl bahalaşdı - 10 dollar

4 Sentyabr 2017 11:12 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% - 7 438,50 bəndədək, Almaniya DAX-ı 0,72% - 12 142,64 bəndədək, Fransa CAC-40-ı isə 0,74% - 5 123,26 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,20 dollar artaraq 1 340,60 dollara, gümüş isə 0,12 dollar artaraq 17,93 dollara satılıb.

AzNews.az