Cüdoçularımız Vətənə qayıtdılar - Fotolar

4 Sentyabr 2017 14:28 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, mötəbər yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) bürünc medal qazanıblar.

AzNews.az