Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

4 Sentyabr 2017 14:56 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

AzNews.az