Tovuzda mağaza yandı - 8 nəfər zəhərləndi

4 Sentyabr 2017 21:06 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki,rayonun Düzqırıxlı kəndində qarışıq mallar mağazasının anbarında baş verən yanğını söndürmək istəyən 8 nəfər mağaza işçisi tüstüdən zəhərlənib. Onlar rayon Mərkəzi xəstəxanaya müraciət ediblər.

Tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Vəziyyətlərinin normal olduğu bildirilir.

***

Tovuzun Düzqırıxlı kəndində yerləşən mağazada yanğın baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, kənd sakini Şahin Hacıyevə məxsus 300 kv.m-lik mağazanın ərazisi 110 kv.m olan anbarında yanğın başlayıb. Əraziyə Tovuz Yanğından Mühafizə Xidməti Hissəsinin 4 texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və yanğının mağazaya keçməsinin qarşısı alınıb.

Məlumata görə, anbarın təxminən yarısının yanan konsktruksiyaları və əşyaları yanıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.