Deputat AzNews.az-a açıqlamasında bildirib ki, Milli Məclisin İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılmasından xəbərsizdir:
“Vallah, mənim heç nədən xəbərim yoxdur. Xeyli müddətdir ki, Bakıda yox idim, xaricdəydim. Vətənə bu günlərdə dönmüşəm, olanlardan da məlumatsızam”.
Qeyd edək ki, Ağacan Abiyevin Milli Məclisin İntizam Komissiyasının sədri vəzifəsindən uzaqlaşdılıldığı, onun yerinə isə Milli Məclisin deputatı Siyavuş Novruzovun təyin olunduğu bildirilir.
Bahar RÜSTƏMLİ
AzNews.az