Ermənistanda meşə yanğınları tüğyan edir – Fotolar + Video

5 Sentyabr 2017 12:07 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın ötən gün gecə saatlarında başlayıb.

Yanğın ocaqlarının söndürülməsinə 154 yanğınsöndürən cəlb olunub.

Alovun qarşısını almaq üçün, eyni zamanda, helikopterlərdən də istifadə olunur. İndiyə qədər 80 hektar ərazi yanaraq külə çevrilib. Hazırda yanğınların söndürülməsi prosesi davam edir.

Bəxtiyar Abbasov

AzNews.az