İsmayıllının yeni icra başçısı rayon ağsaqqalarını görüşə çağırdı

18 Fevral 2013 15:31 (UTC+04:00)
İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqov fəaliyyətə başladıqdan sonra rayon sakinləri ilə sıx görüşlər keçirməyə başlayıb. Rayon sakinlərinin problemlərinin yerindəcə həll edilməsi üçün idarə, müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verən M.Sadıqov bu dəfə İsmayıllının ağsaqqallarını görüşə çağırıb.

Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, rayonun ağsaqqları ilə icra başçısının görüşü bu gün saat 16:30-a təyin olunub.

Bildirilib ki, rayon ağsaqqalları, ziyalıların iştirak edəcəyi görüşdə İsmayıllıda baş verən məlum hadisələr zamanı həbs edilən sakinlərin azadlığa buraxılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Bununla bağlı sakinlərin M.Sadıqova müraciət etdiyi bildirilir.

Qeyd edək ki, ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alan M.Sadıqov işə başlar-başlamaz sakinlərin üzləşdikləri problemlərin həll edilməsi aidiyyatı qurumlara ciddi tapşırıqlar verib.

AzNews.az