Qəbələdəki yanğın tam nəzarət altına alınıb

5 Sentyabr 2017 16:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qəbələ rayonunda meşə ərazisində baş verən yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının məlumatında bildirilir ki, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.