Bayram günlərində təcili yardıma gündəlik təqribən 2000 çağırış daxil olub - Bakıda

5 Sentyabr 2017 18:32 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadənin sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: "Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.