Nazirlərin Bakı görüşündə əməkdaşlıq planı qəbul olunacaq - Gürcüstan XİN

5 Sentyabr 2017 19:25 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə nazirlər üçtərəfli əməkdaşlığın inkişafı və perspektivləri, öncəki görüşdə əldə olunmuş qərarların icrasını müzakirə edəcəklər. Görüş çərçivəsində birgə bəyanatın imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və Gürcüstanın XİN başçısı Mixeil Canelidze artıq Bakıdadırlar.