Aİ-98" benzininin bahalaşması iqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək - Tarif Şurası

5 Sentyabr 2017 20:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: "Bu benzin bəzi "lüks" klass avtomobillərdə istifadə edilir. Ona görə də, "Aİ-98" benzininin bahalaşmasının qiymətlərə təsiri barədə danışmaq qeyri-ciddidir".

Tarif (Qiymət) Şurası həmçinin qeyd edir ki, bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Bu marka benzin Azərbaycana gətirilir, ona görə qiymətlər dövlət tərəfindən tənzimlənmir".

Qeyd edək ki, bu gün "Aİ-98 super" benzininin litri 1,2 manatdan 1,3 manata bahalaşıb.

Qiymət artımına səbəb bu benzinin Azərbaycan gətirildiyi ölkədə, yəni Rumıniyada bahalaşması göstərilir.