Tərtərdə 3 ulduzlu hotel tikiləcək

6 Sentyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda keçirdiyi işgüzar forumda bildirilib.

Belə ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması.

Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.