Qəbələdə zəlzələ- 4 bal

6 Sentyabr 2017 09:10 (UTC+04:00)

Aznews.az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla saat 05:45:12-də Qəbələdən 24 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.