Elçibəyin oğlu dayısını təkzib etdi

18 Fevral 2013 15:57 (UTC+04:00)
"Mən heç bir deputatdan kömək istəməmişəm". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bu gün mətbuatda deputatlardan iş istəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ərturqut Əliyev dayısı Mirmövsüm Mahmudovun niyə belə açıqlama verdiyini bilməsə də, belə bir müraciətin olmadığını bildirib: "Mən bu günə qədər heç kimə ağız açmamışam, açmayacağam da. İndiyə qədər heç kimdən iş istəməmişəm, indi niyə bunu edim ki? Bir daha deyirəm ki, deputatlardan iş istəməmişəm"

Elçibəyin oğlu bu məlumatı yeni eşitdiyini və tezliklə dayısı ilə əlaqə saxlayacağını da vurğulayıb.

Qeyd edək ki, bu gün Elçibəyin qayını Mirmövsüm Mahmudov modern.az-a açqılamasında Ərturqut Əliyevin işsiz olduğunu və bununla bağlı Milli Məclisin iki deputatından kömək istədiklərini bildirib.

AzNews.az