Merkelə hücum edildi- Pomidorla

6 Sentyabr 2017 10:30 (UTC+04:00)

Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xristian Demokrat Partiyasının sədri və Almaniyanın baş naziri Angela Merkel pomidor "atəşinə" tutulub. Hadisə Almaniyada 24 sentyabr seçkiləri üçün partiyanın Heidelbergdə keçirilən mitinqi zamanı baş verib. Mitinqə qatılan baş nazir Merkelin çıxışı zamanı kütlə arasından ona iki pomidor atılıb. Pomidorlardan biri Merkelin qırmızı rəngli pencəyinə dəyib.

Angela Merkel bu hücumdan özünü itirməyib və çıxışına davam edib. Polis pomidor hücumunun ayrı-ayrı adamlar tərəfindən edildiyini müəyyənləşdirib. Bununla yanaşı mitinq zamanı Merkelə qarşı şüarlar da səsləndirilib

Lalə Nurəddinqızı

AzNews.az